Qadin.NET / 5 metr məsafədə simsiz enerji

5 metr məsafədə simsiz enerji

Cənubi Koreya alimlərinin həlli naqillə enerji yükləmə qurğuları erasına son qoya bilər. Tədqiqatçıların eksperimental sistemi binadakı bütün insanların smartfonlarını uzaq məsafədən enerji ilə yükləyə bilər. Ötürücü aparatdan eyni zamanda 5 metr məsafədə yerləşən 40 smartfonu enerji ilə doldurmaq olar.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Dipole Coil Resonant System hazırda simsiz enerji ötürmə sistemləri arasında ən uzun diapazona malikdir. Son 10 ildə elektronikanın enerji ilə doldurulması üsulu böyük dəyişikliklərə məruz qalıb – tədricən naqillərdən imtina müşahidə olunur.
 
5 metr – bu, simsiz enerji ötürmə texnologiyası üçün rekorddur. Başqa sistemlərdə telefonu xüsusi səthə qoymaq lazımdırsa, burada onu, hətta cibdən çıxartmaq lazım deyil.
Məmbə:Milli.Az

 

25 aprel 2014
GO BACK