Qadin.NET / Sonsuzluğa səbəb olan amillər - SİYAHI

Sonsuzluğa səbəb olan amillər - SİYAHI

 

 

Həkim-ginekoloq geniş yayılmış sonsuzluq növlərini sadaladı

Mütəxəssislərin ümumi rəyinə əsasən, keyfiyyətsiz və GMO-lu qida məhsulları, atmosfer çirklənməsi, mobil telefon və digər cihazların elektromaqnit dalğaları və s. sonsuzluğun əsas səbəblərindəndir. 

Ginekoloq Gülər Qarayeva Modern.az-a bu barədə açıqlama verərkən qeyd edib ki, sonsuzluq halı hazırda həm kişilər, həm də qadınlar arasında eyni faiz nisbətindədir – 50-nin 50-yə.

– Davamlı stress, mineral və zülal çatışmazlığı, ekoloji faktorlar, irsi amillər, “fast-food” qidalar problemə səbəb olan amillərdəndir. Mənşəyi məlum olmayan yağlar, xaricdən gətirilən ət və ət məhsulları, təbii şirə adı altında satılan əslində kimyəvi tərkibli şirələr və s. sonsuzluğa səbəb olan əsas amillərdir.

Öncə qadınlardakı endokrin sonsuzluqdan (30-40%) danışaq. Buna səbəb toxum hüceyrəsinin yetişmə prosesinin pozulması və ovulyasiyanın olmamasıdır. Ovulyasiyanın olmamasına səbəb isə menstruasiya siklinin pozulması və ya 6 aydan çox müddətə olmamasıdır. Boru sonsuzluğu (20-60%) uşaqlıq borularının patologiyası ilə xarakterizə olunur. Bu patologiya anadangəlmə anomaliya, iltihablı xəstəliklərdən yaranır. Bütün bu faktorlar uşaqlıq borusunun funksiyasını poza bilər. Ginekoloji patologiya nəticəsində sonsuzluq (15-30%). Bu sonsuzluğa uşaqlıq mioması, patoloji endometriya, endometrioza səbəb olur. İmmunoloji sonsuzluq (2-3-%). Sonsuzluğun bu növü orqanizmdə lazımi hüceyrələri məhv edən antitellərin yaranması ilə əlaqədardır. İdiopatik və ya aydın olmayan sonsuzluq (5-10%). Təəssüf ki, 5% sağlam cütlükdə anatomik və funksional nöqsanları diaqnostik metodla müəyyən etmək olmur. Mütləq sonsuzluq. Sonsuzluğun bu növü anadangəlmə anomaliya ilə bağlıdır. Baş verən sonsuzluğun səbəbini öyrənmək üçün mütləq qadın və kişi tibbi müayinədən keçməlidir. Pasientə düzgün diaqnoz qoyulmalı, müalicə metodu seçilməli və vaxtlı vaxtında həkimin qəbulunda olmalıdır. Yalnız bundan sonra hər hansı müsbət nəticə əldə etmək olar.

Mənbə:Milli.Az

 

24 aprel 2014
GO BACK