Qadin.NET / Depressiya bizi necə qocaldır?

Depressiya bizi necə qocaldır?

 


Depresiyaya meylli insanlarda qocalma prosesi daha sürətlə gedir. Hollandiyalı alimlər belə düşünürlər. Onlara bu qənaətə gəlməyə minlərlə insan üzərindəki təcürübələri səbəb olub.

Nəticədə bəlli olub ki, depresiyada olanların hüceyrələri daha tez yaşlanırlar.
 
Milli.Az Anspress-ə istinadən bildirir ki, depressiya yaşlanmağı 4-6 ilə kimi tezləşdirə bilir. Bundan əlavə bəlli olub ki, gəncliyində idmanla məşğul olanların yaşlandıqca depressiayaya düşmə riski azalır. Təsadüfi deyil ki, həkimlər depressiyada olanlara gün ərzində azı 20-30 dəqiqə bağda gəzmək və ya işləməyi məsləhət görürlər.
 
Amerikalı ekspertlər isə depresiyanın yoluxucu olduğunu müəyyən ediblər. Belə ki, sən demə, depresiyada olan insan ətrafındakı ən yüksək həyat eşqinə malik insanları belə bədbinliyə sürükləyə bilər.
 
Mənbə:Milli.Az
 

 

24 aprel 2014
GO BACK