Meyvə şirələri orqanizm üçün meyvənin özündən daha faydalıdır
Belə ki, şirələr daha tez, bir neçə dəqiqəyə həzm olunur və həzm sistemi yüklənmir. Qan azlığına, böyrəklərdən daşların düşməsinə kömək edən alma şirəsində minimal miqdarda kalori və çox miqdarda dəmir var. Almanın tərkibində orqanizmi piylərdən təmizləyən pektin maddələri olduğundan pəhriz saxlayanlara və fitneslə məşğul olanlara məsləhətdir.
Musavat.com yazır ki, qan dövranı sistemi və böyrək problemi olanlara məsləhət görülən armud şirəsi əla sidikqovucu təsirə malikdir. Bu şirədə bağırsaq və həzmetmə sisteminin işini yaxşılaşdıran pektin birləşməsi var. Armud şirəsi piylənmədən əziyyət çəkənlərə məsləhətdir.
Portağal şirəsi C vitamini mənbəyidir, ona görə bu şirəni, əsasən, ilin soyuq aylarında soyuqdəymənin müalicəsi və profilaktikası məqsədilə içirlər. Bu şirə yorğunluğu aradan qaldırır və qan damarlarını möhkəmləndirir.
Ananas şirəsi bromelayn adlanan təbii maddə ilə zəngindir ki, bu da piyləri əridir və orqanizmi cavanlaşdırır. Bu şirə, həmçinin angina və böyrək müalicəsi, stress və üşütmə zamanı faydalıdır.
Nar şirəsi hemoqlobini artıran müxtəlif təbii maddələr arasında birincidir. O, orqanizm tərəfindən rahat həzm olunur, iştahanı artırır və mədə fəaliyyətini nizama salır. O, sidikqovucu, antiseptik, ağrıkəsici vasitədir.
Mənbə:Milli.Az