Qadin.NET / İki stəkan südün gücü

İki stəkan südün gücü

 


Harvard universitetinin əməkdaşları deyirlər ki, qadınlar üçün yağsız südün böyük faydası var. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onların araşdırmaları göstərib ki, hər gün 2 stəkan süd içmək hipertoniyanın (yüksək təzyiq) və ürək-damar xəstəliklərinin qarşısını alır. 

Həkimlər həmçinin bildirirlər ki, tərkibində yağın miqdarı az olan südün köməyilə təzyiqi normallaşdıraraq onu stabil saxlamaq mümkündür. 

Bundan başqa, süd qadınlar üçün əvəzolunmaz kalsium, zülal, C, E və B vitaminlərinin deposudur. 

Mənbə:Milli.Az

 

24 aprel 2014
GO BACK