İnsan orqanizmində B12 vitamininin çoxluğu onda xərçəng xəstəliyinin olmasına işarə edir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Orxus universitet xəstəxanasının alimləri iddia edirlər.
333600 nəfər onkoloji xəstəliyi olmayan pasiyenti kobalamin (B12 vitamini) testindən keçirərkən bu asılılıq ortaya çıxıb.
B12 vitamini orqanizmdə 800 pikomil/1 l səviyyəsində artarkən onkologiya riski də artıb.
Beş il müddətində bu artım müşahidə olunan zaman qan xərçəngi, qaraciyər və ağciyər xərçəngləri riski də getdikcə artıb.
Kobalaminin qan plazmasında yuxarı səviyyəsi B12 vitamininin orqanizmə qida ilə keçməsi ilə bağlı deyil. Burada söhbət kobalaminin stabil artımından gelir. Onun yüksək olmasının səbəbi həmçinin iltihabla da əlaqədar ola bilər