Qadin.NET / "Atletiko" növbəti mövsüm dağılacaq?

"Atletiko" növbəti mövsüm dağılacaq?


“Atletiko Madrid” futbol klubunun bu mövsüm göstərdiyi gözəl oyun komandanın dağılmasına gətirib çıxara bilər. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropanın nəhəng futbol klubları komandanı hissə-hissə sökməyə başlayıblar. Xəbərdə bildirilir ki, “Atletiko”nun hücumçusu David Vilya “Yuventus”un maraq dairəsinə düşüb. Turinlilər 32 yaşlı hücumçu ilə danışıqlara hazırlaşırlar. “Atletiko” isə yaxşı məbləğ müqabilində Vilyanı satmağa hazırdır. Baxmayaraq ki, komandanın əsas hücumçusu Dieqo Kosta da mövsümün sonunda “Çelsi”yə keçə bilər. 

“Çelsi” gələn mövsüm icarə əsasında “Atletiko”ya verdiyi qapıçı Tibo Kurtuanı da geriyə ala bilər. Bundan əlavə, Arda Turan da “Atletiko”nu tərk etməyə hazırlaşdığını bildirir. Komandanın bir neçə digər futbolçusu da mövsüm sonunda klubdan gedə bilər. 

Milli.Az

24 aprel 2014
GO BACK