Qadin.NET / Atatürkün heykəli yandırıldı

Atatürkün heykəli yandırıldı


Hadisə “23 aprel, Milli Suverenlik və Uşaq bayramı” günü baş verib
Türkiyənin paytaxtı Ankarada Atatürkün heykəli hücuma məruz qalıb.
Anspress-in xəbərinə görə, hadisə “23 aprel, Milli Suverenlik və Uşaq bayramı” günü baş verib.

Məlumata görə, paytaxtın Gölbaşı rayonundakı “Cümhuriyyət” meydanında olan Atatürk heykəlinə naməlum şəxslər benzin tökərək od vurublar.

Dərhal yanğını söndürən dövlət yanğından mühafizə briqadasının əməkdaşları hadisə barədə məlumat verməyiblər.

Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.

Mənbə:Milli.Az

24 aprel 2014
GO BACK