Kanadanın qərb sahillərində 6,7 bal gücündə zəlzələ olub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın geoloji xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 19:10-da (Bakı vaxtı ilə 07:10) qeydə alınıb. Zəlzələnin episentri Port-Hardi şəhərindən 94 km aralıda yerləşib.
Dağıntılar və tələfat barədə hələ ki, məlumat yoxdur.
Mənbə:Milli.Az