Milli.Az anspress-ə istinadən aprelin 24-də baş verən əlamətdar hadisələrə nəzər salır.
Miladi: 24 aprel 2014
Hicri: 14 cəmadiyəl-axir 1435
İlin 114-cü günü
İlin sonuna 251 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.31
Günəş - 06.48
Zöhr - 13.42
Əsr - 18.04
Məğrib – 20.43
İşa – 22.10
1877 - Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələndi. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin ermənilər yaşayan bir neçə bölgəsini (indiki Ermənistan-Türkiyə sərhədi) birləşdirdi. Türkiyə həmin əraziləri (Qars, Ərdəhan və s.) yalnız 1918-ci ildə geri ala bildi. Bu arada ermənilərin Türkiyədən Cənubi Qafqaza, o cümlədən Azərbaycana axını da davam etməkdə idi.
1920-ci ildə Mustafa Kamal Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri seçildi.
1938 – Xalq artisti Həsənağa Turabov anadan olub.
1999 - Vaşinqtonda NATO-nun 50 illik yubileyi münasibətilə keçirilən sammitdə iştirak edən Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ-ın dövlət katibi Madlen Olbraytın vasitəçiliyi ilə görüşüblər. Bu görüşdən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağ nizamlanması ilə bağlı çoxsaylı görüşlər seriyası başlandı.
2004 – Kiprdə referendum keçirildi.
2007 – Rəcəb Tayyib Ərdoğan Abdullah Gülü prezidentliyə namizəd olaraq göstərdi.
2009 - Əşrəf Mehdiyev vəfat edib.
Mənbə:Milli.Az