Britaniyalı alimlər müəyyən ediblər ki, infeksiyadan sonra beyində yaranan iltihab məkan xatirələrinin formalaşmasına mənfi təsir edir. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Ciddi infeksiyaların yaşlı insanlarda uzun müddət koqnitiv pozuntulara səbəb olduğu artıq məlum idi. İltihab demensiyası və Alzheimer xəstəliyi olan pasiyentlərin vəziyyətinin kəskin pisləşməsinə səbəb olur.
Mütəxəssislərin sözlərinə görə, yaddaşın zədələnməsi üçün soyuqdəymə və ya qripə yoluxmaq kifayətdir. Sağlam və cavan insanlarda bu, uzunsürən nəticələrə, demək olar ki, səbəb olmur. Yaşlı insanlar üçün isə bu kəşf böyük əhəmiyyət kəsb edir. Onlarda yaddaş üçün cavabdeh olan beyin zəncirləri iltihaba xüsusilə həssasdırlar. İltihabın səviyyəsinə nəzarət etməyə nail olunarsa, onda alimlər koqnitiv qabiliyyətlərin azalmasını əngəlləməyin öhdəsindən gələ bilərlər.
Mənbə:trend.az