Qadin.NET / Bakı metrosunda ləğvetmələr davam edir: ticarət obyektlərindən sonra...

Bakı metrosunda ləğvetmələr davam edir: ticarət obyektlərindən sonra...


Bakı Metropolitenində aparılan işlər tək ticarət obyeklərinə şamil edilməyib. Orada işləyənlərin Milli.Az-a verdiyi məlumata görə, artıq stansiyalardakı ticarət obyektlərindən sonra ayaqyolular da bağlanıb.

İşçilər deyirlər ki, onlar ayaqyolu üçün stansiyadan kənara çıxmaq məcburiyyətində qalırlar.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət TanrıverdiyevaMilli.Az-a açıqlamasında yayılan məlumatı şayiə adlandırdı. Onun sözlərinə görə, metro stansiyalarında olan ayaqyoluların heç biri bağlanmayıb. Onlar əvvəl pullu idi. Hazırda isə həmin ayaqyolulardan istifadə pulsuz olub.

Gülər
Mənbə:Milli.Az

24 aprel 2014
GO BACK