Qadin.NET / Azərbaycan 17,4 min əcnəbinin üzərində pensiya öhdəlikləri qəbul etdi

Azərbaycan 17,4 min əcnəbinin üzərində pensiya öhdəlikləri qəbul etdi

Azərbaycan 17,4 min əcnəbinin üzərində pensiya öhdəlikləri qəbul etdi

Əcnəbilər arasında ən yüksək say göstəricisi Рўürkiyə vətəndaşlarına məxsusdur.

2014-cü ilin I rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2,2 faiz artıb.

Oxu.Az xəbər verir ki, DSMF-dən verilən məlumata görə, hesabat dövründə əlavə olaraq 377 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2014-cü il aprelin 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı  17475 nəfərə yüksəlib. 

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,7 faizini kişilər, 10,3 faizini isə qadınlar təşkil edir.

Ümumilikdə 101 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Рўürkiyə vətəndaşları (10063 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1912 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 919 nəfərə çatıb.  

Sonrakı yerlərdə İran İslam Respublikası (570), Hindistan (432), Çin Xalq Respublikası (417), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (257), Özbəkistan (202), Banqladeş Xalq Respublikası (190), Pakistan İslam Respublikası (158), Ukrayna (157), Almaniya Federativ Respublikası (152), Filippin Respublikası (135), Bosniya və Herseqovina (131), Qazaxıstan Respublikası (123), Türkmənistan Respublikası (121), İtaliya Respublikası (118), ABŞ (111)  və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Gülnarə Zeynalova

Mənbə:oxu.az

24 aprel 2014
GO BACK