Əhali 15,2 milyard manatlıq borc altına girib.
2014-cü ilin ilk dörd ayı müddətində Azərbaycanda kreditlərin verilmə sayında artım müşahidə edilib, amma keçən illə müqayisədə bu artım elə də yüksək deyil. Vətəndaşlara verilən kreditlərin ümumi məbləği 15,2 milyard manatdır. Dörd aya olan artım isə 200 milyon manatdan ibarətdir.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə İqtisadi və sosial inkişaf mərkəzinin sədri Vüqar Bayramov danışıb.
“İstehlakçı kreditlərin həcminin azalması hiss edilir, amma biznes-kreditlərlə vəziyyət başqadır. Burada artım var. Belə ki, 2013-cü ildə sənaye və istehsalatın inkişafı üçün ayrılmış biznes kreditlərinin payı 10% yəni 1,5 milyard manat olub. İndi bu göstərici daha da yüksəkdir.
İstehlak kreditlərinin strukturuna gəldikdə isə orda kreditlərin həcmində dəyişikliklər var. Keçən il kreditin maksimal həcmi 5 min manat idi, indi isə 1500-2000 manatdır. Buna baxmayaraq kredit vermə əməliyyatının sayı artıb. Yəni, kredit götürənlərin sayı artıb, amma kreditin məbləği azalıb” – ekspert izah edib.
Vüqar Bayramov, həmçinin qeyd edib ki, bu il müşahidə olunan problemlərlə əlaqədar, demək olar ki, hətta kreditlərin verilməsi əməliyyatlarının artması belə gözəçarpan dərəcədə deyil.
“Bütün bunları Azərbaycanın Mərkəzi Bankının iş yerindən ərizə olmadan kredit verilməsinə qoyulan qadağa ilə əlaqələndirmək olar. Beləliklə də, Azərbaycanda bu ilin ilk dörd ayını istehlakçı kredit bazarı üçün uğursuz hesab etmək olar”, - ekspert yekunlaşdırıb.
Qeyd edək ki, “İqtisadi Təşəbbüslərə Dəstək” İctimai Birliyinin eksperti Samir Əliyev, 2014-cü ilin yanvar və fevral ayları üzrə statistik göstəricilərlə tanış olduqdan sonra, belə qərara gəlib ki, yanvar ayı ərzində kredit verilmə şərtləri sərtləşdirilməyib, avtomobil kreditlərinin verilməsi isə iki ay ərzində dayandırılmayıb.
“Əgər statistik göstəricilərə inansaq, kredit sərmayələrinin, eləcə də istehlakçı kreditlərin həcmi keçən il olduğu səviyyədə qalır. Baxmayaraq ki kredit yatırımlarının azalması qaçınılmaz olub”.
Mənbə:oxu.az