Alkoqol tozunu müxtəlif yeməklərə də vurmaq olar.
Tezliklə dünya bazarına yeni məhsul - toz şəkilli alkoqollu içkilər çıxarılacaq.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, belə toza müəyyən qədər su qatdıqda arzu edilən içkini əldə etmək mümkün olacaq.
Adı “Palcohol”, yəni “powdered alcohol” (toz alkoqol) olan yeni qida məhsulu dünyanın bir çox ölkələrində satışa çıxarılacaq.
Yeni məhsul bu günlərdə ABŞ hökumətindən lisenziya alıb. “Palcohol” Amerikanın məşhur alkoqol içkilər mütəxəssisi Mark Filips tərəfindən hazırlanıb. Onun sözlərinə görə, alkoqol tozunu müxtəlif yeməklərə də vurmaq olar. İndən belə araq və romu, həmçinin moxito, marqarita və kosmopoliten kokteyllərini 100 qramlıq toz paketləri şəklində almaq olar. İstehsalçı 100 qramlıq “quru rom” paketinə 140 ml kola əlavə etməyi tövsiyyə edir.
Bəzi ekspertlər bu cür məhsulların Azərbaycan kimi ölkələrdə araq-çaxır istehsalını ciddi tənəzzülə uğradacağını ehtimal edirlər.
Mənbə:oxu.az