Borcu ödəmək üçün cəmi 15 qəpiyi çatmadı.
Rusiyanın Komsomolska İvanovskaya vilayətinin sakini məhkəmə icraatçıları şöbəsində 13 min rubl məbləğində olan vergi borcunu üç çuvala yığılmış qəpiklərlə ödədi.
Oxu.Az Charter97.org-a istinadən bildirir ki, bu barədə MİFX (Məhkəmə İcraataları Federal Xidməti) əyalət idarəsinin mətbuat xidməti xəbər verib.
“Beləliklə, borclu şəxs yəqin ki, pul vəsaitinin ondan alınmayacağını düşünərək münaqişə yaratmaq istəyib.
Amma məhkəmə icraatçısı ağır kisələri ondan alaraq onun yanında 4 saat ərzində qəpikləri sayıb”.
Borcun tam ödənilməsi üçün 15 qəpik çatmayıb.
“O zaman borclu olan şəxs 1 rubl ödəyərək, qalıq olaraq bir ovuc qəpik götürməli olub. Sonda isə borcun ödənilməsi haqqında qəbz də alıb”, - məlumatda deyilir.
Borclu olan şəxs vergi borcunu zamanında ödədiyi üçün ondan icraat haqqı alınmayıb.
Mənbə:oxu.az