Qoca ər qalan ömrünü arvadı ilə yox, onun xatirələri ilə yaşayacaq.
Yaşlı kişi ömrünün qalan hissəsini arvadı ilə keçirmək istəmədi. Bakıda Azərbaycanın ən yaşlı cütlüklərindən biri boşanıb.
Oxu.Az Milli.Az-a istinadla xəbər verir ki, dünən ANS telekanalında yayımlanan “Adam içində” verilişinə dələduzluq qurbanı kimi efirə çıxan yaşlı kişinin açıqladığı bu boşanma onun problemini ikinci plana keçirib.
Efirdə aparıcıya başına gələn dələduzluqdan danışan 77 yaşlı Fəxrəddin Səmədov söhbət zamanı bir neçə gün əvvəl özündən 2 yaş kiçik olan həyat yoldaşından ayrıldığını deyib. Onun bu etirafı Azərbaycanda, bəlkə də, ən yaşlı boşanma, həmçinin gənclərə pis də olsa, nümunə idi.
F.Səmədov bildirib ki, ömrünün yarıdan çoxunu birgə keçirdiyi xanımı ilə son zamanlar yola getmirmiş, ona görə də boşanmağa üstünlük verib.
Görəsən, ömrünü ona həsr edən qadından ayrılan kişi, qalan ömrünü keçmiş arvadının xatirələri ilə yaşaya biləcəkmi?
Mənbə:oxu.az