Qadin.NET / Aşağı maaş Azərbaycanın imicinə mənfi təsir edir

Aşağı maaş Azərbaycanın imicinə mənfi təsir edir

Aşağı maaş Azərbaycanın imicinə mənfi təsir edir

“Necə ola bilər ki, istehlak var, amma əməkhaqqı özünü kifayət qədər göstərmir?”.

Bir sıra şirkətlərin işçilərinin əmək haqlarını gizlədərək aşağı göstərməsi Azərbaycanın bir respublika kimi imicinə mənfi təsir edir.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri akademik Ziyad Səmədzadə 1-ci Beynəlxalq Xəzər Enerji Forumunda çıxışı zamanı deyib.

“Biz Azərbaycan iqtisadiyyatının makro göstəricilərini daha da yaxşılaşdıra bilərik. Bu gün əmək müqavilələrinin bağlanılması, əməkhaqqının aşağı göstərilməsi, işçilərin hüquqlarının qorunması problem olaraq qalır. Hələlik bir sıra şirkətlər var ki, onları buna görə bağlamırlar. Bu, Azərbaycanın bir respublika kimi imicinə mənfi təsir edir. Biz əməkhaqqını azaldırıq, sonra müqayisə etdikdə bizə makro iqtisadi göstəricilər ilə uyğun gəlmədiyini deyirlər. Necə ola bilər - məhsuldarlıq var, artan ümumi daxili məhsul var, istehlak var, amma əməkhaqqı özünü kifayət qədər göstərmir”, - akademik söyləyib.

Mənbə:oxu.az

 

23 aprel 2014
GO BACK