Otuz ildən sonra insanın beyninin içərisinə yerləşdirilən elektronika adi hal olacaq. Futuroloqların proqnozlarına görə, implantlar beyinə əlavə güc verdiyindən belə ötürücüləri yerləşdirmək arzusunda olan insanlar adi əməkdaşlardan daha çox qazanc əldə edəcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, kəllə boşluğuna daxil edilən və insan beyni ilə qarşılıqlı fəaliyyət göstərən qurğular da iş üsuluna güclü təsir göstərə bilər. Məsələn, 2040-cı ilədək orta iş həftəsinin 50,5 saatadək artacağı gözlənilir.
Gələcəklə bağlı hesabatı xpatjobs.com iş axtarışı saytı hazırlayıb. Qeyd olunur ki, beyin implantlarının yerləşdirilməsinə razılıq verən əməkdaşlar digərlərindən daha çox qazansalar da, gözləri zəifləyəcək, daima qaşqabaqlı olacaq və digər fəsadlarla üzləşəcək.
Mənbə:Milli.Az