Qadin.NET / Məşhur şeyx mövqeyini dəyişdi

Məşhur şeyx mövqeyini dəyişdi

Bir müddət əvvəl Misirin müvəqqəti hakimiyyətini dəstəklədiklərinə görə, Körfəz ölkələrini tənqid edərək onları “İslamdan uzaq” adlandıran Qərdavi, bu dəfə “Bütün Fars Körfəzi dövlətlərini çox sevirəm və onlar da məni çox sevir” bəyanatı ilə çıxış edib.
 
Milli.Az İslam.az-a istinadən bildirir ki, şəxsi elektron ünvanı vasitəsi ilə bəyanat verən Yusif əl-Qərdavi bildirib ki, bundan öncə Körfəz dövlətləri əleyhinə dedikləri onun şəxsi mövqeyi olub, yaşadığı Qətər dövlətinin mövqeyi ilə heç bir əlaqəsi yoxdur.
 
“Bütün Fars Körfəzi dövlətlərini çox sevirəm və onlar da məni çox sevir. Bu ölkələrin hamısı eyni vətən və eyni yurddur”, - deyə Qərdavi bildirib.
 
Qeyd edək ki, əslən misirli olan Qərdavi “Müsəlman Qardaşları” təşkilatını dəstəklədiyi və Misirin müvəqqəti hakimiyyətinə qarşı çıxdığı üçün Körfəz ölkələri tərəfindən tənqid edilmişdi.
 
“Müsəlman Qardaşları”nı dəstəklədiyi üçün rəsmi Qətər ilə Körfəz ölkələri arasında başlayan soyuq münasibətlər hələ də davam edir. Qərdavinin də bu münasibətləri normallaşdırmaq məqsədilə bu bəyanatını verdiyi güman edilir.

Mənbə:Milli.Az

23 aprel 2014
GO BACK