Qadin.NET / Şamaxılılar böyük təhlükə qarşısında!

Şamaxılılar böyük təhlükə qarşısında!


Bu dəfə torpaq sürüşməsi rayonun Əngixara kəndi ərazisində qeydə alnıb. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə nəticəsində hektarlarla ərazidə relyef dəyişikliyi baş verib. Əsas səbəb son günlər müşahidə olunan intensiv yağışlar və qurunt sularının bu əraziyə axıdılmasıdır. Kəndlilərin pay torpaqlarında qeydə alınan bu hadisə ərazini əkin-biçin üçün yarasız edib. 

Əvvəllər bu ərazilərdə üzüm bağları yerləşirdi. Bəlkə də, elə bu səbəbdən sürüşmələr nadir hallarda baş verirdi. Hazırda burada nə bir üzümlük var, nə də bir ağac. Elə buna görə də hər il yaz aylarında sürüşmə təbii olaraq aktivləşir. Sonuncu sürüşmə təqribən 2 ha ərazini əhatə edib. Ümumilikdə isə sürüşmənin miqyası 6 hektardan çoxdur. 

Yaxınlıqda yaşayan sakinlər təlaş içindədirlər. Onlar evlərə, tikililərə ziyan dəyə biləcəyindən narahatdırlar. Bu səbəbdən ətrafda aparılan tikinti işləri dayandırılıb. Çünki bu halın təkrarlanmayacağına kimsə zəmanət vermir. Məsələ aidiyyəti qurumları da hərəkətə keçməyə vadar edib. Artıq Rayon İcra Hakimiyyəti problemin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.

Mənbə:Milli.Az

23 aprel 2014
GO BACK