Qadin.NET / Cavan qalmaq üçün 10 məsləhət.

Cavan qalmaq üçün 10 məsləhət.

 

Cavan qalmaq üçün 10 məsləhət.


 

 

Hər bir insan gec ve ya tez özüne bele bir sual verir – cavanlığımı necə qoruyum? Bu suala cavabı psixoloq və dietoloqlardan ibarət hekimler qrupu tapıb. Onların ixtira etdikleri 10 məsləhətdən ibarət cavanlıq resepti özünde sağlam həyat tərzini əks etdirir. Həkimlər əmindirler ki, deyilən məsləhətlərə əməl etməklə qocalmanı dayandırmaq, ömrü isə xeyli uzatmaq mümkündür. Resept esasında aparılan tecrübələr onu da gösterib ki, qaydalara riayət edən insanlar yaşından asılı olmayaraq özünü həm də gümrah ve enerjili hiss edə biler.

 

1-ci məsləhət: Cox yeməyin.
Qəbul edilmiş gündəlik 2500 kalori əvəzine 1500 kalori ilə keçinməyə çalışın. Bununla siz huceyrələrinizə düşən yükü 50 faizə qədər azaltmış və onların aktivliyini təmin etmiş olarsınız. Çünki nə qədər yüklənirsə onların yenilənməsi bir o qədər tezləşir (hüceyrələr tezləşdikcə belə demək olarsa onların orqanizmdə təzələnməsi limiti vaxtından əvvəl bitir) bununlada orqanizmin xəstəliklərə və mikroblara qarşı gücü azalır.

 

2-ci məsləhət: Qida rasionunuz yaşınıza uyğun olmalıdır.
Meselen yaşı 30-dan yuxarı olan qadınlar qündelik qidalarına az miqdarda qara ciyer ve qoz lepesi daxil etmekle qırışların yaranmasını 10 iledek lengide bilerler. 40 yaşından yuxarı qadınlar ise daha cox terkibinde betakarotin (yerkökü, yumurta sarısı ve sair sarı rengli qidaların terkibinde olan narıncı-sarı rengli piqment) olan qidalar qebul etmelidir. Bu yaşda olan kişiler ise terkibinde selen maddesi olan pendir ve qara ciyer kimi qidalar qebul etmelidirler. Xatirladaq ki, selen stressin qarşısını alan en effektiv madde hesab olunur. 50 yaşını ötmüs insanların qida rasionunun esasını ise maqni ile zengin erzaqlar tutmalıdır. Ömrünü yarı etmiş insanların hemçinin balıq ve diger deniz mehsullarından istifade etmesi de vacibdir. Cünki bu mehsullar ürek-damar xesteliklerinin qarşısını alır ve qanın dövretmesini engelleyen sebebleri aradan qaldırır.

 

3-cü məsləhət: İş insanın cövhəridir.
Ataların yüz iller evvel dedikleri bu mesel günümüzde elmi tecrübe ile sübuta yetirilib. Bele ki, tedqiqatlar neticesinde melum olub ki, aktiv heyat terzi süren insanlarda qocalma ve artıq çeki problemine digerlerine nisbeten 80 faiz az rast gelinir. Yeri gelmişken qeyd edek ki, orta yaşlarında fiziki işlerle meşğul olan insanlar yaşları ötdükde bele formalarını qorumaq üçün bezi “ağır” işlerle meşğul olmalıdırlar. Meselen yer bellemek, odun qırmaq ve s. Şeher yerlerinde yaşayanlar ise bu işleri pıyada gezintilerle de evez ede bilerler. Bir maraqlı meqamı da diqqetinize çatdırmaq isterdik: Tedqiqatlar neticesinde müeyyen edilib ki, dirijorlar, filosaflar, ressamlar ve ruhanilerde qocalma prosesi daha leng gedir. Bu ise hemin peşelerin hele de sirli qalan meqamlarıdır.

 

4-cü məsləhət: Öz tayını tap.
Qocalmanin qarşısını alan en effektiv vasitelebden biri de qeribe de olsa sevgi ve nevazişdir. Alimler müeyyen edibler ki, seven insanların orqanizmi endofin maddesi ifraz edir ki, bu maddeni de qeyri resmi olaraq xoşbextlik hormonu adlandırırlar. Endofin immun sistemini guclendirir ve insan simasına qeyri-adi xoşbextlik cizgileri qatır. Odur ki, qocalmaq istemeyenler öz yaxınlarından sevgi ve nevazişlerini eksik etmemeli, günde heç olmasa bir neçe defe dillerine “seni sevirem” kelmesini getirmelidirler.

5-ci məsləhət: Əqidenizde möhkem olun.
Heyatda şüurlu şekilde yaşayanlar eks qütbde dayananlara nisbeten daha az depressiya ve ruh düşgünlüyü ile üzleşirler. Çünki onlar öz yollarını özleri seçirler ve her hansı bir vererken onun bütün menfi ve müsbet tereflerini düşünürler. Ele bu sebebden de hetta en pis veziyyete düşdükde bele ona evvelceden hazırlıqlı olurlar.
Öz yolu ve eqidesi olmayib heyatın axarı ile gedenlerde ise qocalma ve depressiya halları daha tez baş verir. Statistika da gösterir ki, intihar hallarının ekser hissesi mehz bu tip insanların payına düşür.

 

6-cı məsləhət: Hərəkət həyatdır.
Tedqiqatlar neticesinde sübuta yetirilib ki, gündelik olaraq 8-10 deqiqe idmanla meşğul olan insanlarda qocalma daha gec baş verir. Çunki mütemadi hereket etmekle 25-30 yaş arasında orqanizmde kesilmeli olan boy hormonunun ifrazı müddetini xeyli uzatmaq mümkündür. Bu zaman boyunuz artmasa da inkişaf prosesi en azı 5 il artıq davam edecek.

7-ci məsləhət: Sərin otaqda yatın.
Beynelxalq hekimler qrupunun tapıntılarından biri de yataq otağındakı heraretin qocalmaya tesiri ile bağlı olub. Onlar aydınlaşdırıblar ki, 17-18 derece heraret olan otaqda yatan şexslerde qocalma prosesi daha leng gedir. Alimler bunun sebebini mulayim iqlimde orqanizmde maddeler mübadilesinin daha leng getmesi ile izah edirler. Prosesin leng getmesi ise hüceyrelerin tez qocalmasının ve telef olmasının qarşısını alır. Serin hava amili hemçinin mülayim iqlimli regionlarda yaşayan insanlara da tesir edir. Bele ki, orta iqlim qurşağinda yaşayan insanlar diger iqlim şeraitinde yaşayanlara nisbeten daha gec qocalır ve uzunömürlü olurlar.

8-ci məsləhət: Kefinizdən qalmayın.
Bezen hekimler müeyyen xesteliklere meylli olan insanlara her hansı bir işi görmeyi ve ya qidanı qebul etmeyi qadağan edirler. Qeribe de olsa beynelxalq hekimler qrupu öz kolleqalarının bu tip tövsiyyelerini de insanı qocaldan insanı qocaldan amiller sırasına daxil edirler. Onların fikrince qadağalara reğmen bezi vaxtlarda onlardan kenara çıxmaq lazımdır. Çünki qadagalar adeten dadlı ve şirin qidalara aid edilir. Ve bu zaman insan nefsi ile hekim mesleheti arasında seçim etmeli olur – nefsi şekdiyi yemeyi istese de hekim qadagası onun qarşısını kesir. Bu qarşıdyrma ise insanda esesb, stress ve psixoloji gerginlik yaradır. Sözügüden amiller ise qocalmaya aparan esas sebeblerden hesab olunur. Odur ki, bezen hekimlerin qoyduqları qadağalara reğmen nefsinizin de sözüne baxmalısınız. Ancaq bir şertle ki, bu adet halını almasın.

9-cu məsləhət: Hisslərinizi gizlətməyin.
Özünü daim her şeyde teqsirli bilmek ve heyatın bütün uğursuzlqlarında yalnız özünü günahlandırmaq da qocalmağa ve qorxunc xesteliklere mübtela olmağa sebeb olur. Hekimler bele insanlara bir az “bivec” olmağı, her şeyi üreklerine yaxın buraxmamağı meslehet görürler. Psixoloqların fikrince insan şadlığını ve esebiliyini biruze vermelidir. Hisslerini qelbinde boğan insanlar heyatda daim uğursuzluqlf qarşılaşir, sevgilerinden mehrum olur ve daim ezilirler. Bütün bunlar ise son neticede onlarda psixika pozğunluğu, ruh düşkünlüyü ve stress yaradır.

10-cu məsləhət: Beyninizi məşq etdirin.
Adeten zehni işle meşğul olanların tez qocalmaları haqda fikir söylenilir. Lakin son tedqiqatlar bunun eksini sübut edir. Sen deme eqli insanın qocalmasina ve peşe xesteliklerine mübtela olmasına onun hansi işle meğul olması tesir etmir. Peşe xesteliklerinin sebebi ise işe hedden artıq alude olduqda ve ya emek gigiyenasına emel etmedikde yaranır. Odur ki, “zehni iş insanı qocaldır” deyib beyninizi passivleşdirmeyin. Hem de zehni iş dedikde tekce elmi iş nəzərdə tutulmur. Beyni passiv saxlamamaq üçün dükandan alver ederken yekun qiymeti hesablamağınız da kifayet edir. Zehni meşğuliyyetin en sade yolu ıse krossvord hell etmekdir. Bununla siz hem boş vaxtınızı semereli keçirer, hem de özünüzü ve beyninizi qocalmaqdan qorumuş olarsınız.

 

 

Mənbə: Xeber.azeri.net

23 aprel 2014
GO BACK