Cibdə mobil telefon gəzdirmək kişilərdə impotensiyaya səbəb olur. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, cinsi disfunksiyadan əziyyət çəkən kişilərin hamısı gün ərzində ən azı 4,4 saat ciblərində mobil telefon gəzdiriblər.
Avstriyalı və misirli mütəxəssislərin birgə araşdırmaları göstərib ki, gündəlik mobil telefondan istifadə erektil disfunksiyaya səbəb olur.
Ekspertlər iki qrup kişi üzərində araşdırma aparıblar. Müşahidə 6 il ərzində həyata keçirilib. Gün ərzində mobil telefondan daha çox istifadə edən birinci qrupa aid olan 20 nəfər kişidə erektil disfunksiya müşahidə olunub. Cibində daha az müddətdə mobil telefon gəzdirən ikinci qrupa daxil edilən 10 kişidə isə intim məsələ ilə bağlı heç bir problem olmayıb.
Sınaqlarda iştirak edənlər gündəlik olaraq mobil telefondan istifadə etməklə bağlı xüsusi blank doldurublar.
Mənbə:Milli.Az