Qadin.NET / Səhər çağı bu qidaları yeməyin - SİYAHI

Səhər çağı bu qidaları yeməyin - SİYAHI

Səhər yeməyi üçün ən zərərli qidaların siyahısı hazırlanıb. Milli.Az Rusiya mətbuatına istinadən həmin qidaların siyahısını təqdim edir.

1. Əridilmiş pendir. Bu cür pendirlərin hazırlanması zamanı xeyirli maddələr itir. Burada artıq yağlar formalaşır. 

2. Suxarı və çipsilər. Bu qidalarda kimyəvi əlavələr və şübhə doğuran yağlar var. 

3. İdxal olunmuş məhsullar. Bu məhsullar idxaldan sonra kimyəvi vasitələrlə emala məruz qalırlar. 

4. Quru meyvələr. Meyvələrin qurudulması zamanı da çox vaxt kimyəvi maddələrdə istifadə olunur. Evdə hazırlanmış quru meyvələr daha faydalıdır. 

5. Kolbasa məhsulları. Dietoloqlar dəfələrlə bildiriblər ki, bu cür qidalar mədə-bağırsaq sisteminin xəstəliklərinə, hətta xərçəngə belə səbəb ola bilər. 

6. Tez hazırlanan kaşalar. Sənaye üsulu ilə termoemaldan sonra faydalı tərkibini itirir. 

7. Paketdə olan meyvə şirələri. Bu şirələr adətən meyvə konsentrantlarından hazırlandığı üçün faydalı deyil. 

Mənbə:Milli.Az

23 aprel 2014
GO BACK