Qadin.NET / Təzyiq salan dərmanların qorxulu sirri açıldı

Təzyiq salan dərmanların qorxulu sirri açıldı


Arterial təzyiqi aşağı salan dərmanlar insan orqanizminə zərərli təsir də göstərir. Koqnitiv funksiyanın pozulmasına səbəb olur. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Leyden Universitetinin əməkdaşı, doktor Saymon Muydcaart apardığı araşdırmadan sonra belə bir qənaətə gəlib. Alimin sözlərinə görə, bəzi kardiovaskulyar risk faktorları dəyişikliyə məruz qala bilər. Bu da koqnitiv düşmə riskini və demensiyanı artırır. 

Alimlər belə bir nəticəyə gəlmək üçün 70-82 yaş arasında 5461 nəfərdə arterial təzyiqi və koqnitiv disfunksiyanı yoxlayıblar. 

Mənbə:Milli.Az

23 aprel 2014
GO BACK