Qadin.NET / Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi

Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi

"Azərbaycan Trans-Xəzər qaz kəməri layihəsinin reallaşacağı halda öz tranzit imkanlarını təqdim etməyə həmişə hazırdır"
 Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Trans-Xəzər qaz kəməri layihəsi Türkmənistan-Avropa İttifaqı (Aİ) danışıqlarının mövzusudur.

Tranzit ölkə kimi Azərbaycan iki tərəf (Türkmənistan və Aİ) arasında razılaşma olacağı halda dəfələrlə öz tranzit imkanlarını təqdim etməyə hazır olduğunu bildirib.

Azərbaycan sahillərinə Xəzərin dibi ilə 300 kilometr uzunluğunda qaz kəmərinin çəkilməsi layihəsi Türkmənistan enerji resurslarının Avropa bazarlarına çatdırılması üçün optimal hesab edilir. Bundan sonra Türkmənistanın karbohidrogenləri Avropa ölkələri ilə həmsərhəd olan Türkiyəyə daxil ola bilər.

Qeyd edək ki, Azərbaycan, Türkmənistan və Aİ arasında Trans-Xəzər qaz kəməri üzrə danışıqlar 2011-ci ilin sentyabrından başlayıb.

Mənbə:Milli.Az

23 aprel 2014
GO BACK