Yaxın iki gün ərzində Azərbaycanda sərin hava şəraiti davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, aprelin 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı proqnozlaşdırılır. Gündüz cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın bölgələrində aprelin 24-də gündüz hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 22-27, dağlıq ərazilərdə gecə 4-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.