Qadin.NET / "Skype" Rusiyada qadağan edilir

"Skype" Rusiyada qadağan edilir

Rusiya Dövlət Dumasında “antiterror” qanunu üçüncü oxunuşda qəbul edilib
Rusiyada qəbul edilmiş yeni qanun layihəsinə görə, istifadəçilər barədə məlumatları Rusiya ərazisində saxlamayan xarici internet-servislər bağlana bilər.

Anspress-in məlumatına görə, “antiterror” qanunu dünən Rusiya Dövlət Dumasında üçüncü oxunuşda qəbul edilib. 

Ekspertlərin qiymətləndirməsinə görə, xarici şirkətlər yeni qanunu yerinə yetirməzlərsə, onların Rusiyada fəaliyyəti dayandırıla bilər.

Yeni qanuna görə, “Gmail” və “YouTube”un sahibi olan “Google” və “Skype”ın sahibi olan “Microsoft”, həmçinin “Facebook” öz istifadəçilərinin yazışmasının Rusiyada yerləşən serverlərdə saxlamalıdırlar. Yəni “Yandeks”, “Mail.ru”, “Rambler” və “VKontakte” kimi davranmalıdırlar. 

Mənbə:Milli.Az

23 aprel 2014
GO BACK