Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumata görə, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri, Füzuli rayonunun Horadiz şəhəri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Mənbə:Milli.Az