Qadin.NET / Xaçmazın 10 kəndi işıqsız qalıb

Xaçmazın 10 kəndi işıqsız qalıb

Xaçmazda ağacın elektrik xəttinin üzərinə aşması rayonun 10 kəndini işıqsız qoyub.

Milli.Az RTV-yə istinadən bildirir ki, hadisə Xaçmaz 5 saylı Yol İstismar İdarəsinin yaxınlığında baş verib. İdarənin həyətində yerləşən ağac həmin ərazidən keçən elektrik məftillərinin üzərinə aşıb. Nəticədə məftillər qırılıb və enerjinin verilişi dayanıb. 

Qəza baş verən elektrik xətti Xaçmaz rayonunun Müşkür, Əhmədoba, Çiləgir, Mançaroba, Uzunoba, Tikanoba və digər bir neçə kəndini elektrik enerjisi ilə təmin edir. 

Gecə saatlarında qırılan məftillər Xaçmaz Rayon Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən yığışdırılsa da, elektrik enerjisinin verilişini bərpa etmək mümkün olmayıb. Şəbəkədən RTV-yə bildirilib ki, səhər ağac doğranıb ərazidən yığışdırıldıqdan sonra adıçəkilən kəndlərə enerji veriləcək.

Mənbə:Milli.Az

 

23 aprel 2014
GO BACK