Qadin.NET / Həvəskar fotoqrafın çəkdiyi qar dənəcikləri şəkilləri görənləri heyran edib FOTO.

Həvəskar fotoqrafın çəkdiyi qar dənəcikləri şəkilləri görənləri heyran edib FOTO.

 

 

Rusiyalı həvəskar fotoqraf Aleksey Klyatovun sadə bir fotoaparat və öz imkanları ilə yaratdığı obyektivlə çəkdiyi qar dənəciklərinin şəkilləri görənləri təəccübləndirib.

Trend-in məlumatına görə, köhnə fotoaparat hissələrini bir yerə yığıb özünəməxsus aparat düzəldən həvəskar fotoqraf buz bağlamış eyvanında qar dənəciklərinin şəkillərini çəkib.

Şüşə və yun parça üzərində çəkilən fotoların gözəlliyi görənləri heyran edib. Bütün qar dənəciklərinin bir-birindən fərqli olması və oxşarlarına rast gəlinməməsi də diqqət çəkib.

 

 

 

 

 



 

Mənbə:Trend.az

23 aprel 2014
GO BACK