Sabun, dodaqlara mənfi təsir edir Dodaqlarda görülən çatlamalar estetik baxımdan da problem yaradır. Fakto.info xəbər verir ki, bunun ən böyük səbəbi isə bədənin daha çox nəmliyə ehtiyac duymasıdır. Mütəxəssislərin fikrincə dərisi quru olan insanların dodaqlarında eqzemaya bənzər yara və çatlamalara daha tez-tez rast gəlinir. Sabun qalıqlarının bədəndə qalması səbəbindən dodaqlarda eqzemaya bənzər yaralar yarana bilər. Buna görə dodaqları həssas olan insanların sudan və sabundan istifadə etdikdən sonra mütləq nəmləndirici kremlərdən istifadə etmələri tövsiyyə olunur.
Mənbə: Fakto.info