İsveçdə alıcının əlinin içindəki venaların skan edilməsinin köməyi ilə kontaktsız ödəniş sistemi sınaqdan keçiriləcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, 1000-dən çox isveçli alıcı onların əlinin içindəki venaların konfiqurasiyasını oxuyan yeni texnologiyanın köməyilə ödənişlərin həyata keçirilməsinə razıdırlar. Venaların skan edilməsi üçün qurğular 15 mağaza və restoranda quraşdırılıb.
Hər bir insanda əlinin içində venaların təsviri unikaldır. Ona görə istehsalçılar əmin edir ki, yeni ödəniş sistemi ilə əlaqədar fırıldaqçıların heç bir şansı yoxdur. Artıq hesabı ödəmək üçün alıcı öz əlindən istifadə edəcək. Beləliklə, fırıldaqçılıq qeyri-mümkün olacaq – istehsalçı Frederik Leyfland yeni sistemində qoruyucu mexanizmin mükəmməlliyindən danışır. Onun sözlərinə görə, yeni sistemi patentləmək və bütün dünyada onun tətbiqini genişləndirmək planlaşdırılır.
Mənbə:Milli.Az