Qadin.NET / Qəddafidən sonrakı Liviyanın ilk Baş naziri Bakıya gəlir

Qəddafidən sonrakı Liviyanın ilk Baş naziri Bakıya gəlir

 

 

Qəddafidən sonrakı Liviyanın ilk Baş naziri Bakıya gəlir

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Liviyada Müəmmər Qəddafi devrildikdən sonra hökumətə rəhbərlik etmiş Əbdül Rəhim əl-Kib Bakıya gələcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Əbdül Rəhim əl-Kib Bakıya səfəri çərçivəsində Mərkəzin layihələrində iştirak edəcək, II Qlobal Müştərək Cəmiyyətlər Forumuna qatılacaq.

II Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilir. Forumda 54 ölkədən 150-dən artıq nüfuzlu ictimai, siyasi, dövlət xadimləri, ekspert və elm adamının iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, elektrotexnika üzrə professor olan Əbdül Rəhim əl-Kib uzun illər ABŞ-da fəaliyyət göstərib. 2011-ci ildə isə Liviyaya qayıdaraq Milli Keçid Şurasının rəhbərliyində təmsil olunub. 2011-ci il oktyabrın 31-də Liviya Milli Keçid Şurasında keçirilən açıq səsvermədə ölkənin Baş naziri seçilib.

Mənbə:Milli.Az

 

23 aprel 2014
GO BACK