Bakı şəhər İcra Hakimiyyəti Gül bayramına hazırlaşır
Milli.Az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova bildirib.
Hazırda 10 May – Gül bayramına hazırlığın getdiyini deyən meriya rəsmisi mərasim üçün gül çələnglərinin hansı ölkələrdən gətiriləcəyindən xəbərsizdir:
“Gül bayramı üçün hansı ölkədən nə qədər gül gətiriləcəyi ilə bağlı məndə məlumat yoxdur. Mənə yalnız bu məlumdur ki, hazırda hazırlıq işləri gedir və mayın 10-a qədər işlər tamamlanacaq”.
Mənbə:Miil.Az