Qadin.NET / D vitamini çatışmazlığı xərçəngə də səbəb olur

D vitamini çatışmazlığı xərçəngə də səbəb olur

 


Ölkəmizdə və dünyada D vitamini çatışmazlığı epidemiya kimi sürətlə yayılır. Bu epidemiya sümük xəstəliklərinə səbəb olmaqla yanaşı, xərçəng, revmatizmal xəstəliklər, immun xəstəlikləri, nevro-psixatrik xəstəliklər, ürək xəstəlikləri və təzyiq və s. bu kimi xəstəliklərə səbəb olur.

İnsan bədənində olan D vitamininin təxminən 90 faizi günəş şüalarından dərinin ən dərin təbəqələrində sintez edilir. D vitamini çatışmazlığı zamanı vitaminlər qəbul etmək, ancaq günəş şüaları qəbul etməmək vitamin əskikliyini bərpa etməz. Mütəxəssislərin fikrincə, D vitmaini əskikliyi zamanı vitamin qəbulundan çox günəş şüalarına ehtiyac duyulur. Hesablamalara görə, günorta saatlarınada yarım saat günəş şüası vannası qəbul etmək bədəndə xeyli miqdarda D vitamini sintez edilməsinə səbəb olur.

Dietoloq Samir Quliyevin sözlərinə görə, heyvan və bitki mənşəli D vitamini incə bağırsaqda əmilib qana keçir. Yağda əridiyi üçün öd duzlarına ehtiyac hiss edilir. Bu səbəbdən də öd axının azaldığı qaraciyər xəstəliklərində D vitmamini əmilməsi azalır. Buna görə də, qaraciyər-öd kisəsi xəstələrinin D vitamininə ehtiyacı daha çoxdur. "A vitamini D vitamininin aktivasiyasını təmin edir. A vitamininin çoxluğu isə D vitamininin aktivasiyasını azaldır. Bu səbəblə şüursuz A vitamini istifadə edilməməlidir. Bəzi balıq- qaraciyər yağlarında A vitamini modul olaraq D vitaminindən 150-12000 qat daha çoxdur. Bu vəziyyətə diqqət yetirilmədən daha yüksək D vitamini qəbul etmək məqsədi ilə balıq -qaraciyər yağı istifadə etmək orqanizm üçün zərərlidir. Balıq yağı isə rahatlıqla istehlak edilə bilər. Çünki balıq yağında, balıq qaraciyər yağından fərqli olaraq o qədər D vitamini və A vitamini yoxdur".

Müsahibimiz bildirir ki, D vitamininin sümük sağlamlığı ilə yanaşı başqa funksiyaları da var. Belə ki, D vitamini bədəndə xərçəng meydana gəlməsinin qarşısını alır. İmmunitet sistemini gücləndirir, immun xəstəliklərin inkişafına mane olur. D vitamini əskikliyi unsilin ifrazatını azaldaraq bədəndə 2-ci tip diabet riskini qaldırır.

Qeyd edək ki, bədənimizə daxil olan D vitaminin ancaq 10 faizi yeməklər (yumurta, balıq, heyvani yağlar) vasitəsilə qəbul edilir. Ana və inək südündə olan D vitamini yaxşı əmilir.

İsti ölkələrdə yaşayan və kifayət qədər günəş vannası qəbul edən insanların bədənində D vitamini hər zaman yüksək olur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, uşaqlar və yaşlılar gün ərzində 400 İU D vitamini, yetkinlər isə 200 İU D vitamini qəbul etməlidir.

D viatmin çatışmazlığı ən çox uşaqlara daha çox təsir edir. Uşaqda D vitamni çatışmazlığı hamiləlik dövründə ananın qeyri-kafi qidalanması, uşağın günəş vannası az qəbul etməsi və körpənin az ana südü ilə qidalanması nəticəsində meydana gəlir. Uşaqlara bir yaşına kimi hər gün 400 İU vitamin D verilməlidir. Bu miqdar bir qaşıq balıq-qaraciyər yağında var.

Nəzərə almaq lazımdır ki, orqanizmdə ən az 2000 genin yaxşı işləməsi D vitamininə bağlıdır. Uşaqlarda olan D vitamini çatışmazlığını aradan qaldırmaq üçün ən yaxşı vasitə balıq yağlarıdır. Həftədə uşağa ən az 3 dəfə balıq verilməlidir. D vitamini digər heyvani qidalarda daha azdır.

Dietoloq deyir ki, D vitamini qəbul etməyin ən yaxşı yolu mütəmadi olaraq günəş vannası qəbul etməkdir. "Çox təəssüflə deməliyəm ki, bu gün ölkədə hər 3 uşaqdan biri D vitamini çatışmazlığından əziyyət çəkir. Tez-tez xəstələnmələr, rəngin solğunluğu, revmatik xəstəliklər keçirən uşaqlarda ən böyük çatışmazlıq D vitaminidir. Bunu isə Yaradan təbii yolla insanlara verib. Günəş şüaları ən təbii və daha çox D vitamini verən vasitədi. Valideyinlər heç olmasa gün içində uşağına 20 dəqiqə günəş vannası qəbul etdirməlidir. D vitamini qida yolu ilə də alına bilər. Amma qidalarla istənilən nəticə əldə etmək mümkün deyil. Balıq yağı, süd və süd məhsulları, somon, ton balığı, yumurta sarısı, kərəyağı, yulaf əzməsi kimi qidalarda D vitamini var. Dediyim kimi qidalanma isə D vitamini əskikliyini ödəmək mümkün deyil.

Belə ki, 20 IU, bir stəkan süd 100 IU, bir şirin qaşığı balıq yağı 400 IU D vitamini ehtiva edir. Saat 10.00-15.00 arası 15 dəqiqə günəş vannası qəbul etmək isə 3000 IU D vitamini sintezini təmin edir".

Qeyd edək ki, D vitamini bitkilərdə olsa da, ancaq heyvan mənşəli qidalarda olan D vitamini bədəndə toplanır. Bədən üçün heyvan mənşəli qidaların daha çox qəbul edilməsi önəmlidir.

D vitamini sümük və dişlərin güclənməsini təmin edər. Kalsium və fosforun əmilməsi üçün önəmlidir.

Mənbə:Milli.Az

 

22 aprel 2014
GO BACK