Qadin.NET / Yağış suları Gəncədə 2 evi yararsız hala saldı

Yağış suları Gəncədə 2 evi yararsız hala saldı

 


Gəncədə yağış suları ciddi fəsadlara yol açıb. Saat 19:00 radələrində müşahidə olunan yağışlı hava evlərə ziyan vurub. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, yarım saata yaxın davam edən leysan nəticəsində küçələri su basıb, yağış suları evlərin zirzəmisinə dolub. 

Şəhərin Dadaş Bünyadzadə küçəsindəki 16 və 17 saylı evlərə isə yağıntı daha böyük ziyan vurub. Hər iki evin həyətyanı sahəsi və ev özü su içindədir. Hazırda FHN-in müvafiq strukturları ərazidə qabaqlayıcı tədbirlər görür. Hadisə yerinə ŞİH-nin rəsmiləri, hüquq-mühafizə orqanlarının şəxsi heyəti də cəlb edilib

Mənbə:Milli.Az

 

22 aprel 2014
GO BACK