Türkiyənin "Axşam" qəzeti aylara görə özəllikləri dərc edib.
İnsanın xarici görünüşü, bədən üzvləri, saçının rəngi, hətta doğulduğu aya uyğun olaraq xasiyyətini təyin etmək mümkündür. Bunun üçün isə aşağıdakıları olxumaq kifayətdir.
Yanvar - Ciddi şəxslərdir Öyrənməyi və öyrətməyi, planlı, proqramlı iş görməyi sevirlər İnsanların zəif tərəflərini üzə çıxarmağı xoşlayırlar Çox tənqid edirlər Çox diqqətli olsalar da, asanlıqla həyəcanlanmırlar Romantikdirlər. Lakin sevgi etirafında çətinlik çəkirlər Ailəsini, uşaqlarını sevən sadiq həyat yoldaşı ola bilər Qısqancdırlar
Fevral - Dəyişkən xarakterə malikdirlər Adətən səssiz, utancaqdırlar Özlərinə güvənləri o qədər də çox deyil Dürüst və azadlığı sevəndirlər Qeyri-dəqiqlikdən xoşlanmırlar Batil inanaclara inama meyillidirlər
Mart - Cazibədar, utancaq və qənaətcildirlər Rahatlığı çox sevirlər Həssas insanlardır və sevdikləri şəxsə xidmət etməkdən zövq alırlar Onlara güvənmək olar Yaxşı müşahidəçidirlər Səyahət etməyi, diqqət çəkməyi sevirlər
Aprel - Fəal və enerjilidirlər Tez qərar verib, tez peşman olurlar Nəzakətli, şəfqətli, məntiqli və diplomatikdirlər İnsanlara təsəlli verməyi sevirlər Macərapərəstdirlər, sevgilərini biruzə verməyi bacarırlar Güclü yaddaşa malikdirlər
May - Asan əsəbləşir və tezliklə sakitləşirlər Fiziki görünüşə önəm verirlər Sistemlə işləməyi sevirlər Xəyalpərəstdirlər Evdə oturmağı o qədər də çox xoşlamırlar Uşaqlarla yaxşı münasibət qururlar
İyun- Eyni anda bir neçə şey haqqında düşünə bilərlər Nəzakətli və şirindildirlər Qərar verməkdə çətinlik çəksələr də, həssas olurlar Danışmağı sevirlər, asanlıqla dostlaşırlar Tez inciyən və tərs olurlar
İyul - Yaxşı sirdaşdırlar Çox qürurludurlar Başqalarının düşüncələrinə böyük önəm verirlər Kin saxlaya bilmirlər Yalnızlığı sevirlər Asan öyrənir və tez inanırlar
Avqust - Zarafatcıl, qayğıkeşdirlər Liderlik xüsusiyyətinə malikdirlər Diqqət mərkəzində olmağı xoşlayırlar Romantikdirlər Diqqətli və tədbirlidirlər Başqalarına yol göstərməyi sevirlər
Sentyabr - Yaxşı natiqdirlər Sadiq insanlardır, onlara asanlıqla güvənmək olar Məsuliyyəti, insanların xətalarını üzlərinə vurmağı sevirlər İdman və səyahət onların həyatının əsas hissəsidir Hisslərini biruzə verməyi sevmirlər
Oktyabr - Söhbət etməyi, diqqət mərkəzində olmağı sevirlər Yalançılığı, süniliyi sevmirlər Dostlarına böyük önəm verirlər Tez inciyib, tez barışırlar Eqoistdirlər Həssas olsalar da, özlərinə güvənləri tam deyil
Noyabr - Əyləncəli insanlardır İşləməyi, məsuliyyət almağı sevirlər Sirr saxlamağı yaxşı bacarırlar Yaxşı liderdirlər, yardımsevərdirlər Sürprizləri sevirlər Xətaları bağışlamırlar, güclü iradəyə sahibdirlər Hamını olduğu kimi qəbul edirlər
Dekabr - Sadiq və comərtdirlər Zarafatcıl, sosial insanlardır Əzmli, ancaq səbirsizdirlər Dostlarını özlərindən daha çox düşünürlər İnciklikləri uzun sürmür Sevildiklərini hiss etməyi istəyirlər
Mənbə: Fakto.info