Qadin.NET / "Xəzərdə enerji layihələrinin həyata keçirilməsi hər Xəzəryanı ölkənin suveren hüququdur

"Xəzərdə enerji layihələrinin həyata keçirilməsi hər Xəzəryanı ölkənin suveren hüququdur

 

APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. 

O bildirib ki, bu fəaliyyətin tənzimlənməsi Xəzəryanı dövlətlər tərəfindən həyata keçirilir: “İndi qəbul olunan sənədlər də, gələcəkdə qəbul olunacaq konvensiya da Xəzər dənizində Xəzəryanı ölkələrin fəaliyyətini tənzimləyəcək məsələlərdir.

O ki qaldı Xəzərdə enerji layihələrinin həyata keçirilməsinə, bu, hər bir dövlətin suveren hüquqlarına aid olan bir sahədir. Hər bir Xəzəryanı dövlət öz suveren hüquqlarını bu kontekstdə həyata keçirərək, fəaliyyətini davam etdirə bilər və etdirir də”

Mənbə:Milli.Az

 

23 aprel 2014
GO BACK