Bentley şirkəti Pekin avtosalonunda ilk ekoloji modelini – Hybrid Concept nümayiş etdirir. Əsasında Bentley Mulsanne duran konsept bu yaxınlarda işlənib-hazırlanmış hibrid sisteminə sahibdir. Bu sistem avtomobilin məhsuldarlığını 25% artırmaqla havanı çirkləndirmə dərəcəsini 70% azaldılmasını təmin edəcək.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, elektrik rejimində Hybrid Concept 50 km yol gedə biləcək.
2020-ci ildə Bentley model sırasının 90% -ni hybrid sistemi ilə təklif ediləcək.
Mənbə:Milli.Az