Qadin.NET / Dünyanın sonu haqda inanılmaz fakt

Dünyanın sonu haqda inanılmaz fakt


Elm adamları insan qaynaqlı qlobal istiləşmənin davam etməsi vəziyyətində qütblərdəki buzlaqların əriməsi ucbatından 2100-cü ilə qədər dəniz səviyyəsində 80 sm yüksəlmə olacağı mövzusunda xəbərdarlıq edib.

Milli.Az Movqe.Az-a istinadən xəbər verir ki, dünyadakı dənizlər 1880-ci ildən bu yana 20 sm yüksəlmiş vəziyyətdədir. Elm adamları insanların səbəb olduğunu iddia etdikləri qlobal istiləşmə səbəbiylə qütblərdəki buzlaqların əriməsi nəticəsində dənizlərdə 80 sm yüksəlmə olacağı və quru hissəsinin bildiyimiz formasının pozulacağı mövzusunda xəbərdarlıq edib.

Bu səbəblə slovakiyalı həvəskar qrafik dizayneri Martin Vargik sular 80 sm yüksəlsə,  dünyanın nə vəziyyətə düşəcəyinə dair bir xəritə hazırlayıb.

Ssenarinin reallaşması vəziyyətində ən ağır ziyanı London, Amsterdam və Berlin alacaq, çünki bu şəhərlər tamamilə su səviyyəsinin altında qalaraq yox olacaq. Avstraliyanın böyük hissəsi suların altında qalacaq və nəhəng bataqlıqlar ortaya çıxacaq. Cənubi Amerikada isə Amazon meşələrinin, demək olar ki,  hamısı suların altında qalaraq Amazon dənizinə çevriləcək.

Türkiyə də buzlaqların əriməsi vəziyyətində torpaqları suların altında qalacaq ölkələrdən olacaq. Buzlaqların əriməsi vəziyyətində xüsusilə Mərmərə dənizi yüksələcək və İstanbulun cənub sahilləri sular altında qalacaq. Bundan başqa, Qara dənizin mərkəzi bölməsində və Egey sahillərində da itkilər meydana gələcək.

Vargik etdiyi şərhdə: "Edilən işlər qütblərdəki buzlaqların əriməsinin dəniz səviyyəsini 80-100 metr yüksəldə biləcək miqdarda olduğunu göstərir. Belə bir vəziyyətin reallaşması bütün sivilizasiya və Yer biosferi üçün böyük bir fəlakət mənasını verir", - deyib.

Dünya əhalisinin 75 faizindən çoxu dəniz səviyyəsinin 100 metr altında yaşayır. Elm adamları qlobal istiləşmə davam etsə, iqlim vəziyyətində ciddi dəyişiklər olacağı, qasırğa, tayfun və nəhəng su basqınları kimi fəlakətlərin daha böyük ölçülərdə baş verəcəyi mövzusunda xəbərdarlıq edir.

Vargik: "2100-cü ildə dünyada hərarət 4 ° C-dən çox artacaq və bu da buzlaqların əriməsinə səbəb olacaq. Bu vəziyyət dünyanın bildiyimiz şəkliylə qalmayacağı mənasını verir", - deyib.

ABŞ Ətraf mühiti Qoruma Agentliyinin hazırladığı hesabata görə, ötən əsrdə dəniz səviyyəsi 18 sm-ə qədər artıb. Bunun səbəbinin isə hərarətin 0,5 ° C artması olduğunu açıqlayıb.

Mənbə:Milli.Az

22 aprel 2014
GO BACK