Uşaqlar bəşəriyyətin ən önəmli, ən sevimli, eyni zamanda ən zəif hissəsidir. Balaca adamlar dünyanın necə olduğunu, nəyin maraqlı, nəyin təhlükəsiz olduğunu bilmədikləri üçün müdafiəsizdirlər.
Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, bu günlərdə xəbər yayıldı ki, körpə uşaq əlini elektrikli ət maşınına salıb. Nəticədə uşaq şikəst qalıb. Beş yaşlı qızcığazın başına gələni valideynin günahı saymaq olmaz. Çünki heç bir valideyn istəməz ki, övladının başına belə bir iş gəlsin.
Uşaqlara valideyn nəzarəti ilə bağlı hərdən qəribə fikirlərlə rastlaşırıq. Deyirlər ki, gərək uşaq hər şeyi özü görsün ki, dünyanın necə olduğunu bilsin. Quldurlarla üzləşsin ki, özünü qorumağı öyrənsin.
Hərdən valideynlər uşaqların şüuruna həddən ziyadə arxayın olurlar. Düşünürlər ki, əgər uşağa qazın təhlükəli olduğu deyilibsə, deməli, yaxınlaşmayacaq.
Bəs siz bu barədə nə düşünürsüz?
Mənbə:Milli.Az