Qadin.NET / Bakıda alıcı korladığı məhsula görə pul ödəyir?

Bakıda alıcı korladığı məhsula görə pul ödəyir?


Mağazada alış-veriş hər dəfə uğurlu alınmır. Hərdən elə olur ki, alıcı məhsula baxarkən əlindən salır və sındırır. Bu zaman mağaza administrasiyası dəymiş zərərin ödənilməsini tələb edir. 

Milli.Az-ın məlumatına görə, Day.Az saytına məktub yazan Orxan adlı oxucu qeyd edir ki, marketlərdən birində təsadüfən alkoqollu içki şüşəsini yerə salaraq qırıb. Marketin meneceri dərhal həmin məhsulun pulunu ödəməyi tələb edib. Oxucu şüşəni bilmədən sındırdığını deyib. Menecer isə bildirib ki, əgər dəymiş ziyan ödənilməsə, mühafizəçilər onu marketdən kənara buraxmayacaqlar. 

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovla əlaqə saxlayıb. O, qeyd olunan məsələnin aktual olduğunu bildirib. 

"Məsələ burasındadır ki, alkoqol şüşəsinin yerində çox bahalı olan başqa məhsul ola bilərdi. Yerli qanunvericiliyə əsasən, kimsə başqasının əmlakına ziyan vurursa və günahsız olduğunu sübuta yetirə bilmirsə, dəymiş ziyanı ödəməlidir. Şüşə hətta məqsədyönlü şəkildə qırılmayıbsa belə, həmin şəxs günahkar hesab olunur", - o əlavə edib. 

Mənbə:Milli.Az

22 aprel 2014
GO BACK