4-5 saatdan artıq musiqiyə qulaq asmaq depressiyaya səbəb ola bilər. Uzun müddət musiqiyə qulaq asmaq depressiyaya səbəb ola bilər. ABŞ-ın Pittsburq Universitetində aparılan araşdırma zamanı maraqlı faktlar üzə çıxıb. Nəticələrə görə, gündə 4-5 saat musiqi dinləyən gənclər daha az musiqiyə qulaq asanlara nisbətən bədbin olurlar. Tədqiqatçılar 7-17 yaş arası 46 gənc arasında iki ay həftəsonu telefonla müzakirələr aparıblar. Onlar musiqi dinləmə müddəti artdıqca, depressiya riskinin də artdığını müşahidə ediblər. Bu sahədə kitabın müsbət rolu var. Belə ki, kitab oxumaq depressiyaya meyilliliyi 50 faizə qədər azaldır.
Mənbə: Fakto.info