Texas ştatında müşahidə olunan qasırğanın sürəti saatda 90 kilometrə çatıbAmerika Birləşmiş Ştatlarının cənub hissəsinə doğru güclü qasırğa irəliləyir.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, ötən gün Texas ştatında müşahidə olunan qasırğanın sürəti saatda 90 kilometrə çatıb.
Rəsmilər kəskin hava şəraiti ilə bağlı yerli əhaliyə xəbərdarlıq edib, insanlara mümkün olduqca evlərini tərk etməmələri tapşırılıb.
Əsasən Çayldress şəhərində güclü küləklər, şaxta və dolu yağışı maşahidə olunur.
Bununla belə, qasırğa hələlik dağıntılar törətməyib. Meteoroloqlar regionda pis hava şəraitinin bir neçə gün davam edəcəyini proqnozlaşdırıblar.
Mənbə:Milli.Az