Elə adamlar var ki, sinirləri həddindən artıq oyaq olduğuna görə, yuxusuzluqdan əziyyət çəkirlər: sanki beyində qaynayan fikirlər onların rahatlaşıb yuxuya getməsinə imkan vermir. Əlbəttə, yuxu dərmanına əl atmaq olar, lakin buna vərdiş etmək, hər gün dərman içmək əks göstəricidir. Bəs nə etməli? Alimlər soyuq sudan istifadə olunmasını tövsiyə edirlər. Tədqiqat zamanı yuxusuzluqdan əziyyət çəkən adamlar içərisinə soyuq su doldurulmuş boruları olan xüsusi qurğunu başlarına qoyub hamı kimi rahat yuxuya getmişlər. Xüsusi papaq beyin qabığının alın hissəsini soyudur. Bu hissənin yuxuqabağı fəallığı həyəcanlandıqda artır, sakit adamlarda isə azalır. Beyin qabığının su ilə soyudulması həddindən artıq oyaqlığı kompensasiya etməyə və beyin qabığının alın payının işini azaltmağa imkan verir.
Mənbə: Fakto.info