Qadin.NET / Yağlı yemək beyni pozur.

Yağlı yemək beyni pozur.

 


Ağlı qida insan beynində iştaha cavabdeh olan hüceyrələri dağıdır. Alimlərin fikrincə, məhz bu amil piylənməyə gətirib çıxarır. Artıq çəkili insanlarda məhz bunun arıqlamağa mane olduğu ehtimal edilir. Vaşinqton Universitetinin diabet və piylənmə araşdırmaları mərkəzinin mütəxəssisləri eksperiment aparıblar. Onlar siçanları tipik yüksək kalorili Amerika yeməkləri ilə qidalandırıblar və 3 gündən sonra gəmiricilərin iki dəfə çox kalori qəbul etməyə başladığını müəyyən ediblər. Təcrübə zamanı qlizom adlanan baş beynin travma reaksiyası da qeydə alınıb. Qlioz - baş beyin toxumalarının bərpası prosesidir. Bu, bədəndə olan yara sağalandan sonra orada izin qalmasına bənzəyir. Bu cür toxuma artıq sağlam neyronlar kimi işləyə bilməz. Təcrübə rəhbərinin sözlərinə görə, adətən belə proses insult və ya skeleroz kimi baş beynin zədələnməsi halları zamanı baş verir. Hələlik neyronların bu travmasının daimi olub-olmadığı aydın deyil.


 

Mənbə: Fakto.info

 

23 aprel 2014
GO BACK