Səudiyyə Ərəbistanının səhiyyə naziri Abdullah ər-Rübayya tutduğu vəzifədən azad edilib. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə Səudiyyə agentliyi xəbər verir.
Onun yerinə əmək naziri Adel Fakeyhu təyin ediləcək.
Ekspertlər qeyd edirlər ki, bu istefanın mümkün səbəbi ər-Rübayya tərəfindən rəhbərlik etdiyi nazirlik ölkədə koronovirusun yayılmasının qarşısını ala bilməyib. Yalnız aprelin 20-də daha 13 yoluxma faktı təsdiqlənib.
2012-ci ilin sentyabrında Səudiyyə Ərəbistanında virusun ilk dəfə aşkar olunduğundan bəri bütün dünya üzrə 200-dən çox yoluxma halı qeydə alınıb, onlardan 86-sı ölümlə nəticələnib.
Virus əsasən xroniki xəstəliklərdən əziyyət çəkənləri, zəif immuniteti olan insanları vurur.
Mənbə:Milli.Az