Qadin.NET / Gözdən əlillər üçün kitab qurğusu

Gözdən əlillər üçün kitab qurğusu

 


Məlum olduğu kimi, görmə qabiliyyəti qüsurlu olan insanlar Brayl şrifti (1824-cü ildə fransalı Lui Brayl tərəfindən yaradılıb və gözdən əlillərin yazması və oxuması üçün nəzərdə tutulub) ilə yazılmış mətni oxuya bilirlər. Lakin Massaçusets Texnologiya İnstitutunun (MTİ) tədqiqat komandası daha əlverişli alternativ həll hazırlayır.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Brayl şrifti nə qədər əlverişli olsa da, kitab, qəzet, jurnal və başqa çap nəşrlərinin əksəriyyəti bu formatda əlçatan deyil. MTİ-nin Media Labs tədqiqatçılar komandasının hazırladığı qurğu isə üzük kimi barmağa taxılır və çap mətnini danışığa çevirir.
 
Gözdən qüsurlu şəxs üzüyü şəhadət barmağına taxdıqdan sonra barmağını sətrə yaxınlaşdıraraq mətnin səslənməsinə qulaq asa bilər. Hazırda mətni oxuyan səs daha çox robot səsinə oxşayır. Bununla belə, sözügedən qurğu olduqca perspektivli hazırlanma hesab edilir.
 
Qeyd edək ki, Roy Şilkrot və Yohan Xuberin rəhbərliyi ilə işləyən alimlər komandası artıq səsli oxuma texnologiyasının təkmilləşdirilməsi üzərində çalışırlar. FingerReader adlanan cihaz 12 şriftlə yazılmış mətni tanıya bilir. Bunun üçün qurğuya kamera quraşdırılıb. Bundan başqa, daxili ötürücü barmağın hərəkətini izləyir və oxucu barmağını sətirdən çox uzaqda saxladıqda səs siqnalı çalır.
Mənbə.Milli.Az

 

22 aprel 2014
GO BACK