HTC şirkəti öz Android məhsullarının təkmilləşdirilməsi üçün 2008-2012-ci illərdə Samsung-un marketinq üzrə keçmiş direktoru olmuş Pol Qoldeni işə götürüb. Reklamçı Galaxy brendini hazırlayıb və olduqca uğurlu The Next Big Thing kampaniyasını keçirib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Pol Qoldenlə üç aylıq ilkin müqavilə bağlanılıb. Tayvan şirkətinin mətbuat xidmətindən informasiyanın doğruluğunu təsdiq etsələr də, ətraflı məlumat verməyiblər.
HTC şirkəti artıq üçüncü rübdür ki, ardıcıl olaraq satışların azalması fonunda zərərə məruz qalır. Ehtimala görə, Pol Qoldenin reklam siyasəti Tayvan şirkətinin istehsalı olan qurğulara marağı artıracaq.
Mənbə:Milli.Az